"Sabah" Tiemoko Fofana ilə yollarını ayırıb.
Klubun rəsmi saytının məlumatına görə Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fofana 2021-ci ilin yanvar ayından “Sabah”ın üzvü idi. Klub Tiemokoya xidmətlərinə görə təşəkkür edərək, ona gələcək karyerasında uğurlar arzulayıb.